“Boeing” qəzaları arasında oxşarlıq aşkarlandı FOTO


Dünya 18 Mar 2019 09:50:00 212 0

“Boeing” qəzaları arasında oxşarlıq aşkarlandı  FOTO

Ötən həftə Efiopiya hava yolları şirkətinə aid təyyarənin qara qutusundan hasil olunmuş məlumatlar Oktyabr ayında baş vermiş hava qəzası ilə açıq-aşkar oxşarlıqların olduğunu göstərib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bunu Efiopiyanın nəqliyyat naziri Daqmavit Moqes jurnalistlərə verdiyi açıqlamada bildirib.

Qəzaya uğrayan hər iki sərnişin təyyarəsi "Boeing 737 Max 8" modelindən olub.

Efiopiyalı nazirin sözlərinə görə , araşdırma zaman "302" (Efiopiya hava yolları) və "610" ("Lion Air" hava yolları şirkəti) saylı aviareys qəzaları arasındakı oxşarlıqların daha təfsilatlı şəkildə tədqiq olunacağını bildirib.

Təyyarənin uçuşuna dair qara qutuda olan məlumatlar, qəza ərəfəsində təyyarənin uçuş yüksəkliyi rejimini tez-tez dəyişdiyini, avialaynerin qalxıb-düşdüyünü göstərib.


Xəbərə aid foto