Külək reklam lövhələrini uçurtdu FOTO


Digərləri 18 Mar 2019 09:23:00 233 0

Külək reklam lövhələrini uçurtdu  FOTO

Bakıda dünən axşamdan güclənən külək fəsadlara səbəb olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, güclü külək nəticəsində, bir sıra ərazilərdə ağaclar aşıb, reklam lövhələri uçub.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumatda bildirilirdi ki, Bakıda və Abşeron yarımadasında martın 17-si axşamdan 19-u gündüzədək şimal-qərb küləyinin sürətinin 15-18 m/s, arabir 20-25 m/s olacağı, martın 18-də yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı, martın 20-də axşam kəsiləcəyi gözlənilir.

Havanın temperaturu 4-7 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında isə martın 17-si gündüz qərb rayonlarından başlayaraq martın 20-si axşamadək arabir yağış, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyinin sürəti martın 17-19-da arabir 15-20 m/s olacağı, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.


Xəbərə aid fotolar