Latviyalı nazir: "Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlıqda maraqlıyıq"


Digərləri 18 Mar 2019 09:18:56 197 0

Latviyalı nazir: "Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlıqda maraqlıyıq"

Latviya Azərbaycanla yerüstü nəqliyyat əlaqələri üzrə əməkdaşlıqda maraqlıdır

Latviya Azərbaycanla yerüstü nəqliyyat əlaqələri üzrə əməkdaşlıqda maraqlıdır.

Son.az bildirir ki, bunu Trend-ə eksklüziv müsahibəsində Latviyanın xarici işlər naziri Edqar Rinkeviç deyib.

O bildirib ki, tranzit Latviya iqtisadiyyatının vacib hissəsidir:

"Bu sahə bizim ümumi daxili məhsulun 3 faizini təşkil edir. Bu sektorun vacibliyini qəbul etməklə, Latviya öz imkanlarının genişlənməsi və tərəfdaşlarına daha keyfiyyətli xidmətlər göstərmək üzərində daim işləyir. Nəqliyyat şəbəkəsinin və infrastrukturun təkmilləşməsi həm də Avropa İttifaqının "Şərq tərəfdaşlığı" siyasətinin prioritetidir".

Nazir qeyd edib ki, Latviya Asiya, Mərkəzi Asiya, Qara dəniz ölkələri və Şimali Avropa arasında Azərbaycanla yerüstü nəqliyyat əlaqələri üzrə əməkdaşlıqda maraqlıdır: