Boksçumuz Avropa çempionu tituluna yiyələnib


Digərləri 18 Mar 2019 08:57:05 236 0

Boksçumuz Avropa çempionu tituluna yiyələnib

Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatına yekun vurulub.

Bakı. Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatına yekun vurulub. Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, yarışın son günü Azərbaycan millisinin lideri Məhəmməd Abdullayev final döyüşünə çıxıb. +91 kq çəki dərəcəsində qüvvəsini sınayan boksçumuz həlledici görüşdə almaniyalı Viktor Yurkla üz-üzə gəlib. Döyüş təmsilçimizin aşkar üstünlüyü ilə keçib. M.Abdullayev 5:0 (30:27, 29:28, 30:27, 30:27, 29628) hesabı ilə qalib gələrək, Avropa çempionu tituluna yiyələnib.