Terrorçuya haqq qazandıran siyasətçini peşman etdilər


Dünya 18 Mar 2019 08:40:00 203 0

Terrorçuya haqq qazandıran siyasətçini peşman etdilər

Fransa regional şurasının üzvü Katerin Bleinin Yeni Zelandiyada 49 müsəlmanı qətlə yetirən terrorçu Brenton Tarrantla bağlı paylaşımı ciddi skandal yaradıb.

Son.az axar.az-a istinadən xəbər verir ki, siyasətçi terrorçunu müdafiə edib, onun haqlı olaraq qisas aldığını bildirib.

"Yeni Zelandiyadakı qətliam: Gözə-göz..." - deyə Blein Tvitter mikrobloqunda yazıb.