Xalid Əl Falih: "OPEK+ razılaşmasının icrası mart ayında 100 faizi keçəcək"


Digərləri 18 Mar 2019 08:19:00 312 0

Xalid Əl Falih: "OPEK+ razılaşmasının icrası mart ayında 100 faizi keçəcək"

OPEK+ razılaşmasının icrası mart ayında 100 faizi keçəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Bakıda keçirilən OPEK+ iclasının yekunları üzrə mətbuat konfransında Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əbdüləziz Əl Falih deyib.

Nazir bildirib: "Bizim əməkdaşlıq könüllü xarakter daşıyır. Hər bir iştirakçı milli maraqlarını nəzərə alaraq neft hasilatı barədə qərar qəbul edir. Biz bir-birimizin hasilatının ölçmürük".