İnsan ölümündən əvvəl hansı yuxuları görür? ALİMLƏRDƏN AÇIQLAMA


Digərləri 18 Mar 2019 05:30:00 225 0

İnsan ölümündən əvvəl hansı yuxuları görür?  ALİMLƏRDƏN AÇIQLAMA

ABŞ-ın Nyu-York ştatındakı Buffalo şəhərindəki bir elmi mərkəz 10 illik tədqiqatın başa çatdığını bəyan edib.

Son.az ölkə.az-a istinadən bildirir ki, tədqiqat insan ömrünün son günlərinə aiddir.

Mütəxəssislər bu illər ərzində qeyri-adi kəşflərə imza atıblar. Məlum olub ki, ölümdən bir neçə gün əvvəl insan eyni yuxunu görür. Bu barədə tədqiqat qrupunun rəhbəri, doktor Kristofer Kerr məlumat verib. Onun sözlərinə əsasən, ümidsiz xəstələri müşahidə edən qrup məlum olub ki, ölümündən 3 həftə əvvəl müntəzəm olaraq insan qeyri-adi və xoş yuxular görür. Bu yuxularda xəstə ölmüş qohumları, dostları, sevgililəri və hətta dünyada olmayan heyvanları da görür. Çox isti sentimental hisslər keçirir.

Bəzən isə bu insanlar yuxuda çemodanını yığır, təyyarə və ya qatara bilet alır. Yəni konkret olaraq son səfərə hazırlaşır. Bununla yanaşı, uzaqda, üfüqdə maraqlı peyzajlar görür: sıx meşələr, ucsuz-bucaqsız sahələr, isti dənizlər, hündür dağlar. Bir çox pasient yuxudan göz yaşı içində ayılır və uzun müddət özünə gələ bilmir.