iran prezidentinin iraqa səfəri: əlaqələrin genişlənməsindən


Digərləri 17 Mar 2019 23:25:00 173 0

iran prezidentinin iraqa səfəri: əlaqələrin genişlənməsindən

Prezident Həsən Ruhani İran iqtisadiyyatını hədəfə alan ABŞ sanksiyasının təsirini azaltmaq üçün İraqla əlaqələri genişləndirmək cəhdləri əsnasında martın 11-də Bağdada gəlib.

Tehrandan yola düşməzdən əvvəl Ruhani bildirib ki, "İranın İraqla əlaqələri bölgədə nifrət edilən Amerika kimi işğalçı ölkə ilə münasibətlərlə müqayisə edilə bilməz".

Bu, Ruhaninin 2013-ci ildə vəzifəsinə başlamasından bu yana Bağdada ilk səfəridir.

Son.az strateq.az-a istinadən bildirir ki, İran liderinin İraqa üçgünlük səfəri enerji, nəqliyyat, kənd təsərrüfatı, sənaye və səhiyyəyə dair bir sıra müqavilənin imzalanması və iraqlı səlahiyyətlilərlə görüşləri əhatə edir.

Xarici işlər naziri Məhəmməd Cavad Zərif Ruhanidən bir gün əvvəl Bağdada gəlib.

İran öz qonşusu ilə illik ticarət dövriyyəsini 12 milyarddan 20 milyard dollara qədər artırmaq məqsədi güdür.

Ruhani ilə görüşdə prezident Bərham Salih: "İraq İranla, Türkiyə ilə qonşu olmaqdan və eyni zamanda, Ərəb dünyası ilə əlaqədə olmaqdan xoşbəxtdir, - deyib. - Ümid edirik ki, İraq qarşılıqlı hörmət və ümumi maraqlara əsaslanan bölgə xalqları arasında körpü ola bilər".

Ruhanini müşayiət edən yüksək səviyyəli bir İran rəsmisi "Reuters"-ə bildirib ki, "[İraq] Amerikanın ədalətsiz sanksiyalarını adlamaq üçün İranın başqa bir kanalıdır... Bu səfər İran iqtisadiyyatına imkanlar yaradacaq ".

Ruhani və İraq baş naziri Adil Əbdülmehdi iki ölkə arasında sərhəd şəhərləri olan Şələmçə və Bəsrəni dəmir yolu ilə birləşdirmək barədə müqavilə imzalayıb. 48 kilometrlik yol İrana Cənub İraq mallarının nəqlinə və onların şimala doğru daşınması imkan verəcək.

Dəməşq hökuməti ilə yanaşı, iki ölkə əvvəlcədən İran və Suriyanı dəmir yolu ilə birləşdirməyə razılaşıb və bu, İranın Aralıq dənizindəki Latakiya limanına mal ixracına imkan yaradacaq.

Birləşdirici dəmir yolu müqaviləsi İranı sıxışdırmaq məqsədi güdən Donald Tramp administrasiyasının siyasətinə qarşı mübarizə baxımından səfər zamanı ən mühüm razılaşma ola bilər. Dəmir yolu əlaqəsi yalnız İran iqtisadiyyatını çox vacib bir sahə ilə təmin etmir, eyni zamanda, Tehrana öz müttəfiqlərinə, Livan və Suriyaya dəstək vermə imkanı yaradır ki, bu da Birləşmiş Ştatların regionda nüfuzunu daha da genişləndirəcək Səudiyyə Ərəbistanının başçılıq etdiyi anti-İran ittifaqına müqaviməti gücləndirəcək.