Rəhman Allahın həqiqi bəndələrinin xüsusiyyətləri


Digərləri 17 Mar 2019 22:55:00 232 0

Rəhman Allahın həqiqi bəndələrinin xüsusiyyətləri

Qurani-Kərimə əsasən, Rəhman Allahın həqiqi bəndələri bir sıra xüsusiyyətlərə sahib olarlar ki, onlar aşağıdakılardan ibarətdir:

1. Təvazökar olarlar:

وَعِبَادُ الرَّحْمَنِ الَّذِينَ يَمْشُونَ عَلَى الْأَرْضِ هَوْنًا...

"Rəhman (olan Allah)ın (həqiqi) bəndələri yer (üzün)də təmkin və təvazökarlıqla yol gedənlərdir..." ("Furqan" / 63.)

2. Nadanlarla mülayim rəftar edərlər:

...وَإِذَا خَاطَبَهُمُ الْجَاهِلُونَ قَالُوا سَلَامًا

"...(Rəhman Allahın həqiqi bəndələri) nadanlar (xoşagəlməz sözlərlə) onlara xitab edən zaman "salam" (xoş və yumşaq söz) deyən kəslərdir." ("Furqan" / 63.)

3. Gecə ibadətləri ilə məşğul olarlar, xüsusilə, gecə namazı qılarlar:

وَالَّذِينَ يَبِيتُونَ لِرَبِّهِمْ سُجَّدًا وَقِيَامًا

"(Rəhman Allahın həqiqi bəndələri) o kəslərdir ki, gecəni Rəbbinin qarşısında səcdə və qiyamla (ibadətlə) başa vurarlar." ("Furqan" / 64.)

4. Allahdan və əzabından qorxarlar:

وَالَّذِينَ يَقُولُونَ رَبَّنَا اصْرِفْ عَنَّا عَذَابَ جَهَنَّمَ إِنَّ عَذَابَهَا كَانَ غَرَامًا إِنَّهَا سَاءتْ مُسْتَقَرًّا وَمُقَامًا

"(Rəhman Allahın həqiqi bəndələri) belə deyərlər: Ey Rəbbimiz, cəhənnəm əzabını bizdən dəf et ki, həqiqətən, onun əzabı (cəhənnəm əhli üçün) şiddətli və həmişəlikdir. Şübhəsiz, cəhənnəm pis yer və pis məskəndir." ("Furqan" / 65-66.)

5. İnfaq və ehsanda mötədil olarlar:

وَالَّذِينَ إِذَا أَنفَقُوا لَمْ يُسْرِفُوا وَلَمْ يَقْتُرُوا وَكَانَ بَيْنَ ذَلِكَ قَوَامًا

"(Rəhman Allahın həqiqi bəndələri Allah yolunda) infaq edəndə (xərcləyəndə) nə israfa yol verər, nə də xəsislik edər və ikisinin arasında orta həddi gözləyərlər." ("Furqan" / 67.)

6. Son.az maide.az-a istinadən bildirir ki, hər növ şirkdən uzaq olarlar:

وَالَّذِينَ لَا يَدْعُونَ مَعَ اللَّهِ إِلَهًا آخَرَ

"(Rəhman Allahın həqiqi bəndələri) Allahla birgə başqa məbud çağırmırlar..." ("Furqan" / 68.)

7. İnsanın canı və qanını möhtərəm bilərlər:

وَلَا يَقْتُلُونَ النَّفْسَ الَّتِي حَرَّمَ اللَّهُ إِلَّا بِالْحَقِّ

"(Qisas, şəri cəza və bu kimi) haqq (qətllər) istisna olmaqla (rəhman Allahın həqiqi bəndələri) Allahın möhtərəm və toxunulmaz etdiyi canı öldürməzlər." ("Furqan" / 68.)

8. İffətsizlik və zinadan çəkinərlər, iffətli və pak olarlar.

وَلَا يَزْنُونَ

"(Rəhman Allahın həqiqi bəndələri) zina etmirlər." ("Furqan" / 68.)

9. Dinə yad məclislərdən uzaq olar, batilə şahidlik etməzlər.

وَالَّذِينَ لَا يَشْهَدُونَ الزُّورَ