Ankaranin “mavi vətən” təlimləri ilə verdiyi mesaj:


Digərləri 17 Mar 2019 22:05:00 208 0

Ankaranin “mavi vətən” təlimləri ilə verdiyi mesaj:

Fevralın 27-də başlamış "Mavi Vətən" adlı Türkiyə tarixində ən böyük dəniz təlimləri martın 8-dək davam edib. Türk ordusu, eyni zamanda, üç - Qara, Egey və Aralıq dənizi hövzələrində döyüş qabiliyyətini sərgiləyib.

Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Yanki Bağcıoğlunun sözlərinə görə, təlimin məqsədi dəniz donanmasının hazırlığının və potensialının artırılması, habrlə donanmanın NATO və beynəlxalq missiyalarda Türkiyənin təmsil olunmasına kömək etməsi idi.

Son.az strateq.az-a istinadən bildirir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan smanlı İmperatorluğunun mülkü olmuş ərazilər və sularda Türkiyənin maraqlarını bərqərar etməyə çalışır. Bu yanaşma Türkiyənin regional gücə sahib olma qabiliyyətinin və beynəlxalq siyasətdə Türk milli maraqlarının inkişaf etdirilməsinə yönəlib.

Mövzuya üç perspektivdən baxılmalıdır.

Birincisi, bu, güc nümayişi Türkiyənin siyasi coğrafiyasının gələcək dəyişməsi proqnozunu göstərir.

Yaxın Şərq, Qafqaz və Avropanın - üç strateji bölgəninin kəsişməsində yerləşən ölkənin nadir geosiyasi mövqeyi regional və beynəlxalq iştirak üçün yaxşı bir potensialı təmin edir. Ölkənin unikal coğafi mövqeyi Avropa, ABŞ və NATO-nun müdafiə siyasətində xüsusi mövqeyi təmin etməklə, onu regional gücə çevirir.

Asiya və Avropa qitələrinin qovşağı olan Türkiyə şimalda Qara dənizlə, Qərbdə Egey və Cənubda Aralıq dənizi iə əhatə olunub. 8.484 kilometrlik hüdud ona bu dənizlərdə geosiyasi hüquqla yanaşı, güclü hərbi dəniz donanması yaratmaq imkanı verir.

Dünya dəniz gücünün, keçmişdə olduğu kimi, indi də əhəmiyyətli olduğunu və gələcəkdə də ölkələr arasındakı əlaqələrdə mövqeyini saxlayacağını qəbul edir. XVI əsrdə türk ordusunun admiralı Barbaros Hayrettininin təbirincə, "dənizləri idarə edən dünyaya hakim olacaq".

İkincisi, Türk donanması enerji ilə bağlı geosiyasi rəqabətdə öz rolundan faydalanmaq və enerji istehsalı, nəql marşrutları üçün məsuliyyəti üzərinə götürməyə imkan yaradır. Enerji istehsal edən ölkələr, dünya neft-qaz ehtiyatlarının böyük hissəsi və Avropa ölkələri ehtiyaclarının 75%-dən çoxu ilə qonşuluq Türkiyəyə enerji marşrutlarının qurulması və onlrın təhlükəsizliyini təmin etməklə bağlı imtiyazlı mövqedən istifadə etmək zəruriliyini vurğulayır.

Buna görə də, bu unikal rolu gücləndirərək, o, Şərq-Qərb və Cənub-Şimal arasındakı enerji dəhlizlərində öz mövqeyini yaxşılaşdıraraq, enerji strategiyasını inkişaf etdirməyə çalışır.

Qeyd edək ki, 2006-cı ilin aprel ayında Bakı-Tbilisi-Ceyhan boru kəmərinin işə düşməsi ilə Şərqi Aralıq dənizində Türk donanması təhlükəsizlik missiyasını gücləndirib.

Türkiyə, bir tərəfdən, Yaxın Şərq və Xəzər dənizində əsas neft istehsal edən bölgələr və Avropanın istehlak bazarları arasında təbii körpüdür. Ankara, regional enerji əməkdaşlığı layihələri, habelə ABŞ-la strateji əməkdaşlıq, regional və transatlantik geosiyasi razılaşmalar sayəsində Avropa İttifaqına daxil olmaq üçün daha yaxşı perspektivlər yarada bilər.