İmam Baqirin nəzərində Allah dostlari


Digərləri 17 Mar 2019 21:55:00 204 0

İmam Baqirin nəzərində Allah dostlari

Başqalarının sevgi və qayğısına ehtiyac insan vücudunda qoyulan fitri ehtiyaclardan biridir. İnsan istəyir ki, başqaları ona məhəbbət bəsləsin, qayğı göstərsin. Eynilə körpə bir uşaq hərəkət və rəftarları ilə ata və anasının diqqət və məhəbbətini özünə çəkdiyi və gənclik çağlarına qədəm qoyduqda, bu fitri ehtiyacını daha da çiçəkləndirmək qərarına gəldiyi kimi, insan da bəzi əməl və rəftarları ilə özünü digərlərinə, məxsusən, böyük şəxsiyyətlər və məqam sahiblərinə sevdirmək, onların diqqətini özünə doğru yönəltmək istəyir. Amma Allahın əzəmət və böyüklüyünü, Onun dərgahında sevimli olmağın dəyərini dərk edən insanın düşüncəsində başqalarının məqamı və onların yanında sevimli olmaq əsla yer tuta bilməz. Belə bir insan Allahın dərgahında sevimli olmaqdan başqa bir şey haqda düşünmədiyindən, təbii ki, başqalarının sevgisi, qayğısı və məhəbbəti də onun diqqətini cəlb etməyəcəkdir.

Son.az maide.az-a istinadən bildirir ki, bu müqəddiməyə əsasən, İmam Muhəmməd Baqir (ə) bir hədisində Allah-Taalanın dərgahında sevimli olmağın iki sirrinə işarə edərək buyurur:

تَزَيَّنْ لِلَّهِ عَزَّ وَ جَلَّ بِالصِّدْقِ فِی الْأَعْمَالِ وَ تَحَبَّبْ إِلَيْهِ بِتَعْجِيلِ الِانْتِقَال

"Əmələrində sədaqətli olmaqla özünü Allah-Taala üçün zinətləndir, Ona sevgi və məhəbbətini sürətlə ötür (Onun sevgi və razılığını qazanmaq üçün tələs)!" ("Tühəfül-üqul", səh.285.)

Bədənin çirkli və üfunətli olması başqalarının nifrətinə, zahiri gözəllik isə sevgiyə səbəb olduğu kimi, Allah-Taalanın da dərgahında sevimli olmaq üçün pak batin və təmiz qəlbə sahib olmaq lazımdır. Bu da, məkr və hiylədən uzaqlıq, əməllərdə sadiqlik tələb edir. Yəni İslam və iman idiası edən hər bir kəsin əməl və rəftarları da iddiası ilə uzlaşmalı, hər zaman və hər məkanda; istər toy, istərsə də əza mərasimlərində, istər xoş, istərsə də kədərli günlərdə, istər cəmiyyətdə, istərsə də tənhalıqda dinin bütün göstərişlərinə əməl etməli, sadiq olmalıdır.

Başqa sözlə, dili qəlbi ilə vəhdət təşkil etməli, "Allaha iman gətirmişəm" deyərək əks rəftarı ilə onu təkzib etməməlidir. Əks-təqdirdə, Allahın dərgahında sevilməkdən məhrum olacaqdır. Əlbəttə, sevimli olmaq üçün, yalnız sadiq əməllərlə bəzənmək və zinətlənmək kifayət etmir. Müəllimin nəzərində bir saatlıq tapşırığı yarım saat ərzində yerinə yetirə bilən şagird daha sevimlidir. Amma bir neçə günün tapşırığını yerinə yetirməyən, tapşırıqların icrasında tənbəllik edən şagird, təbiidir ki, müəllimin gözündən düşəcəkdir. Odur ki, İmam Baqir (ə) buyurur: "Allahın dərgahında sevimli olmaq üçün əməllərin saf olamsı və sədaqətlə zinətlənməsi ilə yanaşı, Allahın razılığını, sevgi və məhəbbətini qazanmaq üçün tələsmək də şərtdir." Necə ki, "Ali-İmran" surəsinin 133-cü ayəsində də buyurulur:

وَ سارِعُوا إِلى‏ مَغْفِرَةٍ مِنْ رَبِّكُمْ

"Rəbbinizin məğfirətinə doğru tələsin."