“Yunus” surəsi


Digərləri 17 Mar 2019 21:40:00 249 0

“Yunus” surəsi

Qurani-kərimin 10-cu surəsi olan "Yunus" surəsi 109 ayədən ibarətdir və Məkkədə, "besət"in əvvəllərində nazil olmuşdur. Bəzi təfsir alimlərinin qeydlərinə əsasən, bu surə "İsra" surəsindən sonra və "Hud" surəsindən öncə nazil olmuşdur.

Məkkədə nazil olmuş bir çox surələr kimi, "Yunus" surəsində də dinin əsaslarından söz açılır, məxsusən, tövhid, Peyğəmbəri-Əkrəmin (s) məqamı, vəhy məsələsi və vəhyi inkar edənlərə cavab, Qurani-Kərimin haqq olması, salehlərin sonsuz ilahi nemətlərlə müjdələnməsi, müşriklərin rəftarı və onları qorxutma, yaranış və Yaradanın əzəmətinin nişanələri, dünya və maddi həyatın müvəqqəti olması, axirət aləminə diqqət, iman və saleh əməllərlə axirətə hazırlıq, Nuh, Musa və Yunus (ələyihmus-salam) kimi böyük peyğəmbərlərin həyatının mühüm bir qismi onun əsas mövzularını təşkil edir.

Son.az maide.az-a istinadən bildirir ki, bu surə elə bir şəraitdə nazil olmuşdur ki, müşriklər Məkkədə vəhyi inkar edir və Qurani-Kərimin sehr və cadu olduğunu deyirdilər. Onlar İslam Peyğəmbərindən (s) istəyirdilər ki, ya Quranın yerinə başqa bir kitab gətirsin, ya da onun bəzi ayələrini dəyişdirsin. Onların birinci istəklərində məqsədləri bu idi ki, bu ilahi kitab tamamailə aradan götürülsün və yeni bir kitabla əvəz edilsin. İkinci istəklərində məqsəd isə, onların bütlərini məzəmmət edən ayələrin dəyişidirlməsi idi. Onlar bu tələblərin müqabilində "Yunus" surəsinin 15-ci ayəsinin cavabı ilə qarşılaşdılar. Həmin ayədə buyurulur:

وَإِذَا تُتْلَى عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ قَالَ الَّذِينَ لاَ يَرْجُونَ لِقَاءنَا ائْتِ بِقُرْآنٍ غَيْرِ هَـذَا أَوْ بَدِّلْهُ قُلْ مَا يَكُونُ لِي أَنْ أُبَدِّلَهُ مِن تِلْقَاء نَفْسِي إِنْ أَتَّبِعُ إِلاَّ مَا يُوحَى إِلَيَّ إِنِّي أَخَافُ إِنْ عَصَيْتُ رَبِّي عَذَابَ يَوْمٍ عَظِيمٍ

"(Müşriklərə) ayələrimiz açıq-aydın oxunduğu zaman (qiyamət günü haqq-hesab üçün) Bizimlə qarşılaşacaqlarına ümid bəsləməyənlər: "Bundan ayrı bir Quran gətir, ya da onu dəyişdir!" - deyərlər. Onlara de: "Mən onu özbaşına dəyişə bilmərəm. Mən ancaq mənə gələn vəhyə tabeəm. Mən böyük günün (qiyamət gününün) əzabından qorxuram, əgər Rəbbimə itaətsizlik göstərsəm!"

Bu surənin 37-38-ci ayələrində də bu haqda söz açılır və buyurulur:

وَمَا كَانَ هَـذَا الْقُرْآنُ أَن يُفْتَرَى مِن دُونِ اللّهِ وَلَـكِن تَصْدِيقَ الَّذِي بَيْنَ يَدَيْهِ وَتَفْصِيلَ الْكِتَابِ لاَ رَيْبَ فِيهِ مِن رَّبِّ الْعَالَمِينَ

"Bu Quran Allahdan başqasına yalandan aid edilə bilməz. (O ancaq Allahdandır, başqası tərəfindən uydurula bilməz). Lakin o özündən əvvəlki səmavi kitabların təsdiqi və izahıdır. Onun aləmlərin Rəbbi tərəfindən olmasında heç bir şəkk-şübhə yoxdur."

أَمْ يَقُولُونَ افْتَرَاهُ قُلْ فَأْتُواْ بِسُورَةٍ مِّثْلِهِ وَادْعُواْ مَنِ اسْتَطَعْتُم مِّن دُونِ اللّهِ إِن كُنتُمْ صَادِقِينَ

"Yoxsa: "(Peyğəmbər) onu özündən uydurmuşdur!" - deyirlər. De: "Əgər doğru deyirsinizsə, onun kimi bir surə gətirin və Allahdan başqa, kimə gücünüz çatırsa, onu da (köməyə) çağırın!"

Qurani-Kərimdə insanların ilahi kəlamın oxşarını gətirməkdə aciz olmaları dəfələrlə önə çəkilir və iddiası olanlar mübarizə meydanına çağrılır. ("Hud" surəsinin 13-cü ayəsi də bu qəbildəndir.) Amma Qurani-Kərimin uyğun çağırışı hələ də cavabsız qalmışdır və qiyamətədək də cavabsız qalacaqdır. Bu da onun əbədi möcüzə olmasını göstərir.

"Yunus" surəsi, digər iyirmi doqquz surə kimi, "müqəttəə hərfləri" ilə başlayır və onun bir neçə surəsi, o cümlədən, uyğun surə "Əlif, Lam, Ra" - müqəttəə hərfləri ilə başlayır. Adından göründüyü kimi, bu hərflər bir-birindən ayrılmış kimi nəzərə çarpır və vahid bir kəlmənin məfhumunu göstərmir. Amma ondan sonra dərhal Qurandan, onun əzəmət və möhkəmliyindən söz açılır. Sözügedən surə də bu qaydadan istisna deyil və surənin başlanğıcında buyurulur: