Ağstafada 152 mm-lik top mərmisi tapılıb (FOTO)


Digərləri 17 Mar 2019 21:34:06 181 0

Ağstafada 152 mm-lik top mərmisi tapılıb (FOTO)

Ağstafa rayonunda top mərmisi tapılıb.

Bakı. Ağstafa rayonunda top mərmisi tapılıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, bu gün tarixində saat 11:35-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağstafa rayonu, Saloğlu qəsəbəsi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.