Kafedə musiqi üstündə adam öldürənlərin


Digərləri 17 Mar 2019 21:07:00 191 0

Kafedə musiqi üstündə adam öldürənlərin

Bakıda adam öldürməkdə təqsirləndirilən Elçin Nəcəfov və Xaliq Mustafayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az oxu.az-a istinadən bildirir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə məlum olacaq.

İttihama görə, ötən il avqustun 10-da Biləcəri qəsəbəsi ərazisində yerləşən kafelərdən birinin həyətində naməlum şəxslər Bakı şəhər sakini Cavid Həmzəyevi döyüb.

Cavid Həmzəyev xəstəxanaya aparılarkən yolda ölüb.