İmam Məhəmməd Təqinin əxlaqi xüsusiyyətləri


Digərləri 17 Mar 2019 20:10:00 199 0

İmam Məhəmməd Təqinin əxlaqi xüsusiyyətləri

Atası vəfat edən zaman imam hələ uşaq idi, lakin heç vaxt uşaqlara məxsus hərəkət etməzdi. Bir gün atası sağ ikən dostlarından biri o həzrət üçün oyuncaq alıb gətirmişdi. Oyuncağı görən həzrət (ə) narahat olub buyurdu: "Mən bunları neynirəm? Biz elm və fəzilət xanədanıyıq". Son.az maide.az-a istinadən bildirir ki, Həzrət Rza əleyhissalamın şəhadətindən bir il sonra Məmun bir dəstə atlı ilə ova çıxmışdı. Küçədə uşaqlar oynayırdılar, bir uşaq da qıraqda dayanıb onların oyunlarına baxırdı. Uşaqlar Məmun ilə atlılarını görən kimi qaçıb getdilər. Lakin on bir yaşlı uşaq yerində dayanıb durdu. Məmun yaxınlaşıb "Ay oğlan! Bəs sən niyə o biriləri kimi qaçmadın?" - deyə soruşduqda həmin oğlan belə buyurdu: "Yol elə də darısqal deyildi ki, sənin yolunu tutmuş olam. Bir pis iş də görməmişəm ki, qorxam. Sizin səbəbsiz olaraq birini incidəyinizi də güman etmirəm. Demək qaçmağım mənasız idi." Məmun bu uşağın ədəb və cəsarətindən heyrətə gəlib soruşdu: Adın nədir? Cavab verdi: Məhəmməd. Soruşdu: Kimin oğlusan? Dedi: Әlinin oğlu. Məmun soruşdu: Sən həzrət Rzanın oğlu deyilsənmi? Cavab verdi: Bəli. Məmun ona afərin deyib atlıları ilə çıxıb getdi.   Bəzəndi deyir: "Bir gün həzrət Rza (ə) Mədinədə olan oğluna belə bir məzmunda məktub yazdı: Övladım, eşitdiyimə görə qulluqçular icazə vermirlər ki, xalq sizinlə asanlıqla əlaqə yaradıb məsələlərini soruşsunlar. Bunu bil ki, onlar sənin xeyir və səadətini istəmirlər. İndi isə sənə əmr edirəm ki, qapın hamının üzünə açıq olsun, qoy hamı gediş-gəlişdə sərbəst olsun ki, səndən bir şey soruşmaq istədikdə imkan tapsınlar. Bir yerə getmək istədikdə mütləq yanında pul götür ki, ehtiyacı olan bir şəxs ilə qarşılaşdıqda ona kömək edə biləsən. Çətinlikdə olan qohumlarını unutma, onların vəziyyəti ilə yaxından və ən yaxşı şəkildə maraqlan. Heç vaxt yoxsullara kömək etmək və yardım etməyi unutma.