Yuxusuzluq xərçəngə səbəb olur


Digərləri 17 Mar 2019 18:54:00 195 0

Yuxusuzluq xərçəngə səbəb olur

Yuxusuzluq DNT-ni zədələyir və xərçəng riskini artırır. 

Son.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, Honkonq universitetinin alimləri apardıqları araşdırma nəticəsində belə qərara gəliblər.

Alimlər 49 həkimin vəziyyətini müşahidə ediblər. Onlardan 24 nəfəri gecə növbəsində çalışmaq məcburiyyətində olanlar olub.

Bir neçə gündən sonra könüllülərdən qan analizi götürülüb. Az yatan insanların DNT parçalanması normal yuxu yatanlara nisbətən 30 faiz çox olub.

Bununla yanaşı, yuxusuz gecə növbəsindən sonra zərər daha 25 faiz artır.