Səbaildə yararsız, lakin təhlükəli top mərmisi aşkarlandı


Digərləri 17 Mar 2019 18:48:00 231 0

Səbaildə yararsız, lakin təhlükəli top mərmisi aşkarlandı

Bakının Səbail rayonunda hərbi sursat aşkar olunub. 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumat əsasında Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniki işlər üzrə mütəxəssisləri və kinoloji qrupu, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri sözügedən əraziyə cəlb olunub. 

Xüsusi Riskli Xilasetmə Xidmətinin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirib. Aşkar olunan sursata baxış zamanı müəyyən olunub ki, bu, döyüş tətbiqinə yararsız, lakin insan həyatı üçün təhlükəli olan top mərmisidir.