ABŞ terrorçulara 1,6 milyard dollar ayırıb


Dünya 17 Mar 2019 18:24:00 212 0

ABŞ terrorçulara 1,6 milyard dollar ayırıb

ABŞ İŞİD bəhanəsilə PKK /PYD/YPG terror qruplaşmalarına yardımlarını davam etdirir.

Son.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 2020-ci ilin büdcəsində PKK/YPG-nin dəstəkçisi Suriya Demokratik Qüvvələrinə (SDQ) 300 milyon dollar vəsait ayırıb. Beləliklə, 2018-2020-ci illərdə ABŞ-ın terror təşkilatına ayırdığı vəsaitin məbləği 1 milyard 600 milyon dollar olub. Bu rəqəmin 2023-cü ildə 2 milyard 200 milyon dollara çatacağı deyilir.

Bu yardımlarla güclənən PKK/PYD ABŞ-ın müttəfiq kimi qəbul etdiyi Türkiyəyə hücumlar edib. Bu hücumlar nəticəsində çoxlu sayda mülki vətəndaş həlak olub. Bu hücumların əksəriyyəti Suriyadan Türkiyəyə gələn terrorçular tərəfindən həyata keçirilib.