Rusiyalı müğənninin nədən öldüyü məlum oldu


Digərləri 17 Mar 2019 17:06:00 205 0

Rusiyalı müğənninin nədən öldüyü məlum oldu

Xəbər verdiyimiz kimi, məşhur rusiyalı müğənni Yuliya Naçalova ötən gün ayağının amputasiya əməliyyatındam sonra dünyasını dəyişib.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, Yuliyanın atası Viktor Naçalov qızının hansı səbəbdən öldüyü haqda mediaya məlumat verib. 

"Bədənində abses (iltihab nəticəsində irin yığılması-red.) baş verib. Həkim personalının bütün cəhdlərinə rəğmən qızımın ürəyi tab gətirmədi və o, dünyasını dəyişdi", - deyə müğənninin atası bildirib.