Xorvatiyalı diplomat: Azərbaycanın Milli Gimnastika Arenası möhtəşəmdir (FOTO)


Digərləri 17 Mar 2019 17:01:32 201 0

Xorvatiyalı diplomat: Azərbaycanın Milli Gimnastika Arenası möhtəşəmdir (FOTO)

Azərbaycanın Milli Gimnastika Arenası möhtəşəmdir

Bakı. Cani Babayeva, Azad Həsənli - Azərbaycanın Milli Gimnastika Arenası möhtəşəmdir. Bunu Trend-ə Bakıda keçirilən idman gimnastikası üzrə FIG Dünya Kuboku çərçivəsində Xorvatiyanın müvəqqəti işlər vəkili Branko Zebiç. B.Zebiç bildirib: "Mən ilk dəfədir ki, buradayam, çünki bu vəzifəyə cəmi 6 ay əvvəl təyin olunmuşam. Bu, çox gözəl arenadır. Mən bir neçə gün əvvəl bizim gimnastlarla görüşmüşəm, onlarda həmçinin burada yaradılan şərait və qonaqpərvərlikdən razıdırlar". Müvəqqəti işlər vəkili Xorvatiya gimnastlarının çıxışını şərh edərkən onların çıxışından razı olduğunu qeyd edib. Xatırladaq ki, bu gün Xorvatiya gimnastı Tin Srbiç idman gimnastikası üzrə Dünya Kubokunda turnikdə hərəkətlər üzrə ikinci yeri tutub.