Çavuşoğlu 51 müsəlmanın öldürüldüyü şəhərdə


Dünya 17 Mar 2019 16:54:00 206 0

Çavuşoğlu 51 müsəlmanın öldürüldüyü şəhərdə

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Prezidentin köməkçisi Fuad Oqtay Yeni Zelandiyanın Kraystçerç şəhərinə səfər edib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, türk nümayəndə heyətinin təyyarəsi yerli vaxtla 18:00-da hava limanına eniş edib.

Türk rəsmiləri hava limanında Türkiyə səfiri Əhməd Ərgin qarşılayıb. Çavuşoğlu və Oqtay burada Yeni Zelandiyanın Xarici İşlər naziri Uinston Peterslə görüşüblər.