Hərbi hissələrdə “Açıq qapı” günü keçirilir


Digərləri 17 Mar 2019 15:55:20 201 0

Hərbi hissələrdə “Açıq qapı” günü keçirilir

Bu gün hərbi hissələrdə “Açıq qapı” günü keçirilir

Bakı. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən ictimai nəzarətin gücləndirilməsi, şəffaflığın təmin edilməsi, ordu və xalq birliyinin daha da mökəmləndirilməsi, əsgər ailələri ilə aparılan işin səmərəliliyinin daima artırılması məqsədilə Novruz bayramı ərəfəsində Azərbaycan Ordusunun tabeçiliyində olan bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilir. Azərbaycan Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbir çərçivəsində əsgər yaxınları, ictimaiyyət nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış, məişət şəraiti ilə tanış olur, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkirlər.