Trampa qarşı 8 milyonluq iddia


Dünya 17 Mar 2019 15:12:00 212 0

Trampa qarşı 8 milyonluq iddia

ABŞ Prezidenti Donald Tramp öz fondunun qeyri-qanuni maliyyə əməliyyatlarına görə 5.6 milyon dollar cərimələnməlidir.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Nyu Yorkun Baş prokuroru Letisiya Ceyms deyib.

Ceymsin sözlərinə görə, Tramp qeyri-qanuni əməliyyatlar nəticəsində dəymiş ziyanın qarşılığında daha 2.8 milyon dollar ödəməlidir. Baş prokuror fondun vəsaitlərindən qeyri-qanuni istifadəni Trampın övladlarının da təsdiqlədiyini bildirib.