Güclü şimalqərb küləyi... SABAHIN HAVASI


Digərləri 17 Mar 2019 12:58:00 175 0

Güclü şimalqərb küləyi...  SABAHIN HAVASI

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-10° isti, Bakıda gecə 4-6° isti, gündüz 7-9° isti təşkil edəcək.

Atmosfer təzyiqi 756 mm civə sütunundan 765 mm civə sütununa yükəsləcək. Nisbi rütubət 70-80 % olacaq.