Dövlət İmtahan Mərkəzi: Bu gün 33054 şagirdin imtahan verəcəyi nəzərdə tutulur


Digərləri 17 Mar 2019 12:16:00 202 0

Dövlət İmtahan Mərkəzi: Bu gün 33054 şagirdin imtahan verəcəyi nəzərdə tutulur

Bu gün 29 şəhər və rayonda 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçirilir.

Son.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızıda, həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərin - internat məktəblərində, tədrisi ingilis dilində olan məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, cəzaçəkmə müəssisələrində ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirir.

Ümumilikdə 33054 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

İmtahan saat 11:00-da başlayacaq.