Səddam soyqırım silahını haradan almışdı?


Dünya 17 Mar 2019 10:54:00 247 0

Səddam soyqırım silahını haradan almışdı?

Sabiq İraq lideri Səddam Hüseyin Hələbcə qətliamını Qərb ölkələrindən aldığı kimyəvi silahlarla gerçəkləşdirib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Cavad Zərif qətliamın 31-ci ili ilə bağlı Tvitterdəki paylaşımında yazıb. O, Qərb ölkərinin Hələbcədəki kimyəvi qətliamı əvvəlcə inkar etdiyini, daha sonra isə İranı günahlandırdıqlarını bildirib:

"Qərb ölkələri özlərinin istehsalı olan silahlardan istifadə edərək bu qətliamı həyata keçirdilər, həqiqət bəlli olandan sonra susmağı üstün tutdular. Qərb 31 il əvvəlki Hələbcə və Sərdəştdəki vəhşi hücumu unutmaq istəyə bilər, ancaq nə biz bu qətliamı unudalıq, nə də kürd qardaşlarımız".