82 yaşlı zəngin iş adamı qətlə yetirilib, polis azərbaycanlı həyat yoldaşından şübhələnir


Digərləri 17 Mar 2019 10:49:00 234 0

82 yaşlı zəngin iş adamı qətlə yetirilib, polis azərbaycanlı həyat yoldaşından şübhələnir

Türkiyənin Antalya bölgəsində təxminən iki ay əvvəl itkin düşən 82 yaşlı zəngin iş adamı Asim Bayramın xüsusi qəddarlıqla qətlə yetirildiyi üzə çıxıb. Qatillər onun cəsədini 8 parçaya bölərək meşəlik ərazidə basdırıblar.

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, polis iş adamının azərbaycanlı arvadı, 70 yaşlı Fərluqə Karatuğu da şübhəli qismində saxlanılıb, amma ifadəsi alınandan sonra prokurorluğun təlimatı ilə qadın sərbəst buraxılıb.

Ferluqə Karatuğ prokurorluqda dindirildikdən sonra jurnalistlərə açıqlamasında deyib ki, Asim Bayram onun dini nigahlı əri idi. Və dilinin bəlasına düşüb. Çünki yaxşı pulunun, imkanlarının olduğunu hər yerdə deyirmiş.

"Pulunun olduğunu hər yerdə danışırdı. Danışdıqlarının qurbanı oldu,, bayramlarda belə kimsəyə 5 lirə verməzdi"-qadın bildirib.

Azərbaycanlı qadın deyib ki, Asim Bayramla çox xoşbəxt idilər. O, Bayramın 20-yə yaxın mənzilinin, dükanlarının və bankda xeyli pulunun olduğunu deyib. "Bunu da hər yerdə danışırdı. Bankdan heç pul çıxarmazdı. Maşında da pul olduğunu danışıbmış. Bankdan çıxardığı pullara baxsınlar. Yanında elə böyük məbləğdə pulu, çantayla pulu olmayıb. Şübhəliləri tanımıram. Ev almaq üçün onunla görüşdü. Günahkarlar ortaya çıxdı. Yanında 150 lirədən çox pul gəzdirməzdi. Kimsəyə də pul verməzdi. Heç bayramlarda da kiməsə 5 lirə vermirdi. Mənim də günahıma girdilər. Kimsəyə bir şey etməmişəm"-qadın jurnalistlərə deyib.

Asim Bayram təxminən 50 gün əvvəl yoxa çıxıb. Bu il yanvarın 22-də Asim Bayramın oğlu Mevlut Bayram Antalya polis idarəsinə gedərək atasının itkin düşdüyü haqda ərizə verib. Polis araşdırmaya başlayıb və Asim Bayramın yoxa çıxdığı gün yeni ev almaq üçün daşınmaz əmlak alveri ilə məşğul olan şəxslə görüşməyə getdiyini müəyyən edib. Əməliyyatçılar videomüşahidə kameralarının görüntülərini izləyərək müəyyən ediblər ki, içərisində 600 min TL pul olan avtomobili ilə yola çıxan Bayram sonuncu dəfə Kepez ilçəsinə bağlı Varsak məhəlləsində meşəlik ərazidə görülüb.