Gəncə sakini mənzilində halsız vəziyyətdə tapıldı


Digərləri 17 Mar 2019 10:09:00 201 0

Gəncə sakini mənzilində halsız vəziyyətdə tapıldı

Gəncə sakini mənzilində halsız vəziyyətdə tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumatda deyilir.

Belə ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Gəncə Regional Mərkəzinin xilasediciləri mənzilin qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.