Xalq artisti, ustad xanəndə Xan Şuşinskinin məzarı ziyarət olunacaq


Kriminal 17 Mar 2019 09:54:00 78 0

Xalq artisti, ustad xanəndə Xan Şuşinskinin məzarı ziyarət olunacaq

2019-cu il martın 18-də Azərbaycan Respublikasının Xalq artisti, ustad xanəndə Xan Şuşinskinin (İsfəndiyar Aslan oğlu Cavanşir) ölümünün 40 ili tamam olur.

Son.az bildirir ki, Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, martın 18də saat 12.00-da İkinci Fəxri Xiyabanda Xan Şuşinskinin ölüm günündə musiqi ictimaiyyətinin iştirakı ilə məzarı ziyarət olunacaq.

Xan Şuşinski milli musiqi tariximizdə özünəməxsus, şərəfli yer tutmuşdur. O, hələ yeniyetmə vaxtlarından xanəndəliyə başlamış, tanınmış sənətkar İslam Abdullayevdən dərs almışdır. 16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə "Kürd-Şahnaz" muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona "Xan Şuşinski" adını vermişdir.

Xanəndə kimi yetişməsində Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin böyük təsiri olmuşdur. Yaradıcılıqla məşğul olduğu 60 ilə yaxın vaxt ərzində öz sənəti ilə xalqa xidmət etmişdir.

Xan Şuşinski müstəsna istedadı, geniş diapazonlu, gur və məlahətli səsi, yüksək ifaçılıq mədəniyyəti sayəsində hələ gənclik illərində şöhrət qazanmış, Azərbaycan muğamlarını zənginləşdirmiş, bir neçə muğama yeni xallar, güşə və şöbələr əlavə etmişdir. Klassik xanəndələrin ənənələrinin layiqli davamçılarından olan istedadlı sənətçi oxuduğu muğamlarda gəzişmə və zəngülələrdən məharətlə istifadə etmişdir.

O, 1924-cü ildən keçmiş SSRİ-nin bir çox şəhərlərində uğurla çıxış etməklə, muğam sənətini ayrı-ayrı xalqların nümayəndələrinə sevdirə bilmiş və musiqimizin təbliğində özünəməxsus xidmətlər göstərmişdir. Vaxtilə onun böyük məharətlə ifa etdiyi "Qarabağ şikəstəsi", "Bayatı şiraz", "Mahur", "Mirzə Hüseyn segahı", "Şahnaz", "Şur", "Çahargah" və "Heyratı" muğamları, bir sıra təsniflər, "Qara qaşın vəsməsi", "Apardı sellər Saranı", "Girdim yarın bağçasına" xalq mahnıları, milli musiqi mədəniyyətimizdə xüsusi yer tutan bu gözəl sənət nümunələrini dinləyənlərin yaddaşına əbədi həkk olunmuşdur.

6 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamının icrasına başlanılıb (FOTO) like
  • 17 Mar 09:51  
Digərləri 6 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamının icrasına başlanılıb (FOTO)

Bakıda 6 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamının icrasına

arrow Ətraflı
Qatilin 37 səhifəlik manifesti ilə bağlı like
  • 17 Mar 09:44  
Dünya Qatilin 37 səhifəlik manifesti ilə bağlı

Yeni Zelandiyadakı iki məsciddə dəhşətli qətliam törədən avstraliyalı

arrow Ətraflı
ABŞOPEK savaşı qızışır: like
  • 17 Mar 09:34  
Dünya ABŞOPEK savaşı qızışır:

OPEK+ ölkələri orta perspektivdə hasilatı daha da azaltmaq məcburiyyəti q

arrow Ətraflı
Ermənistan silahlıları atəşkəs rejimini 23 dəfə pozub like
  • 17 Mar 09:33  
Digərləri Ermənistan silahlıları atəşkəs rejimini 23 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
Gürcüstanda qatar relsdən çıxdı like
  • 17 Mar 09:24  
Dünya Gürcüstanda qatar relsdən çıxdı

Gürcüstanda Kutaisi-Batumi istiqamətində çalışan qatar resldən çıxaraq

arrow Ətraflı
Gəncə sakini mənzilində halsız vəziyyətdə tapılıb like
  • 17 Mar 09:21  
Digərləri Gəncə sakini mənzilində halsız vəziyyətdə tapılıb

Gəncə sakini mənzilində halsız vəziyyətdə tapılıb.

arrow Ətraflı
Telegram öz işini bərpa edib like
  • 17 Mar 09:19  
Digərləri Telegram öz işini bərpa edib

Dünyanın müxtəlif ölkələrindən olan istifadəçilər Telegram-ın işind

arrow Ətraflı
İndoneziyada faciə: like
  • 17 Mar 09:14  
Dünya İndoneziyada faciə:

İndoneziyada 42 nəfər daşqınların qurbanı olub.

arrow Ətraflı
Sumqayıtlı narkotacir ələ keçdi like
  • 17 Mar 09:09  
Kriminal Sumqayıtlı narkotacir ələ keçdi

Sumqayıt sakinindən heroin götürülüb.

arrow Ətraflı
Ayrılmalarına səbəb həmin aktrisa imiş like
  • 17 Mar 09:04  
Digərləri Ayrılmalarına səbəb həmin aktrisa imiş

Kuzey adında bir oğulları olan Özcan Deniz və Feyza Aktan cütlüyünün bo

arrow Ətraflı
Çaylarda suyun səviyyəsi dəyişdi like
  • 17 Mar 09:03  
Digərləri Çaylarda suyun səviyyəsi dəyişdi

Çaylarda suyun səviyyəsi açıqlanıb.

arrow Ətraflı
Serbiya Prezidenti xalqa müraciət edəcək like
  • 17 Mar 08:59  
Dünya Serbiya Prezidenti xalqa müraciət edəcək

Serbiya Prezidenti Aleksandr Vuçiç bu gün xalqa saat 15:00-da müraciət edə

arrow Ətraflı
Abşeronda bir nəfər bağlı qapı arxasında qalıb like
  • 17 Mar 08:58  
Digərləri Abşeronda bir nəfər bağlı qapı arxasında qalıb

Abşeronda bir nəfər bağlı qapı arxasında qalıb

arrow Ətraflı
Slovakiyada prezident seçkilərinin ikinci turuna keçən namizədlərin adı məlum olub like
  • 17 Mar 08:52  
Digərləri Slovakiyada prezident seçkilərinin ikinci turuna keçən namizədlərin adı məlum olub

Slovakiyada prezident seçkilərinin ikinci turuna keçən namizədlərin adı m

arrow Ətraflı
Goranboyda yolu keçən piyadanı avtomobil vurub öldürdü like
  • 17 Mar 08:51  
Digərləri Goranboyda yolu keçən piyadanı avtomobil vurub öldürdü

Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində yol-nəqliyyat hadisə

arrow Ətraflı