Qatilin 37 səhifəlik manifesti ilə bağlı


Dünya 17 Mar 2019 09:44:00 413 0

Qatilin 37 səhifəlik manifesti ilə bağlı

Yeni Zelandiyadakı iki məsciddə dəhşətli qətliam törədən avstraliyalı terrorçu Brenton Tarrantın 37 səhifəlik manifesti hücumdan 10 dəqiqə əvvəl Yeni Zelandiya Nazirlər Kabinetinə göndərilib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Yeni Zelandiya Nazirlər Kabineti açıqlama yayıb. Manifestin onlara elektron poçt vasitəsilə göndərildiyi bildirilib.

Sözügedən manifest həmçinin yerli partiyalardan birinə, parlament sözçüsü Trevor Mallarda, yerli və xarici media orqanları da daxil olmaqla, 70 ünvana göndərilib.