ABŞOPEK savaşı qızışır:


Dünya 17 Mar 2019 09:34:00 247 0

ABŞOPEK savaşı qızışır:

OPEK+ ölkələri orta perspektivdə hasilatı daha da azaltmaq məcburiyyəti qarşısında qalacaqlar.

Son.az bildirir ki, bu sözləri Axar.az-a yaxın və orta perspektivdə dünya neft bazarını gözləyən dəyişikliklər barədə danışan iqtisadçı ekspert Pərviz Heydərov deyib. O, dünya neft bazarında rəqabət şəraitinin olduqca kəskin xarakter aldığını bildirib:

"ABŞ-ın illər öncə neft qiymətlərinin formalaşmasında təsir imkanları kifayət qədər böyük idi, ancaq indi vəziyyət tamamilə dəyişib. Xüsusən də 2014-cü ilin yayından sonra neft qiymətlərinin mərhələli olaraq düşməsi nəticəsində OPEK və OPEK-ə daxil olmayan ölkələr bir araya gələrək hasilatı azaltmaqla bazardakı ucuzlaşmanın qarşısını almağa nail olublar. Məhz bunun nəticəsidir ki, 2017-ci ildən etibarən neft qiymətləri sabitləşib. 50 dollar ətrafında dəyişən qiymətlər ötən ilin ikinci yarısından etibarən 60 dolları ötüb".

İqtisadçı hesab edir ki, OPEK hasilatın məhdudlaşdırılması haqqında qərarını bu il də qüvvədə saxlayacaq: