Çaylarda suyun səviyyəsi dəyişdi


Digərləri 17 Mar 2019 09:03:48 223 0

Çaylarda suyun səviyyəsi dəyişdi

Çaylarda suyun səviyyəsi açıqlanıb.

Bakı. İlhamə İsabalayeva - Çaylarda suyun səviyyəsi açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-100, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 20-60 faizini təşkil edib. Tranzit çaylarda vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 188 kub/s olmaqla ongünlük normanın 70 faizini təşkil edib. 2018-ci ildə isə bu rəqəm 290 kub/s olmaqla ongünlük normanın 109 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 41 kub/s olmaqla, ongünlük normanın 44 faizini təşkil edib. 2018-ci ildə isə bu göstərici 106 m3/s təşkil edərək ongünlük normanın 113 faizinə bərabər olub.