Soyuq duşun


Digərləri 16 Mar 2019 23:50:00 348 0

Soyuq duşun

Əksəriyyət isti və ilıq suda yuyunmağı, duş qəbul etməyi sevir. Bu, çoxlarına rahatlıq gətirir. Soyuq su ilə duş alanlara isə çox az hallarda rast gəlmək mümkündür. Amma bunun faydalarının daha çox olduğu bildirilir.

Birdən-birə soyuq duş qəbul etmək çətin prosedur sayılsa da, tədricən çətinlik aradan qalxır, qısa bir zamanda soyuq suya alışqanlıq yaranır.

Son.az e-tibb.az-a istinadən bildirir ki, soyuq duş daha gümrah olmağa kömək edir. Son məlumatlara görə, soyuq su qan dövranını da yaxşılaşdırır. Ələlxüsus səhərlər qəbul edilən soyuq duş daha gümrah olmağa imkan verir.

Bunun stress halında olanlara da böyük faydalarının olduğu deyilir. Soyuq duş pis əhval-ruhiyyəni, əsəbiliyi aradan qaldırır.

Çox isti, yaxud isti su ilə saçların yuyulması onların PH dəyərini pozur, quru dərinin daha da qurumasına səbəb olur. İsti su dərinin, həmçinin saçların daha çox yağlanmasına, kəpək yaranmasına da yol açır.

Soyuq su ilə yuyulan saçlar isə daha parlaq olur, gec kirlənir. Bu həm də dəridə olan iltihabi prosesin qarşısını alır.