Lalə Şövkətdən prezidentin əfv sərəncamına reaksiya
Siyasət 16 Mar 2019 23:57:00 258 0
Uzun müddətdir siyasi arenadan uzaqlaşan Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət Hacıyeva prezident İlham Əliyevin imzaladığı əfv sərəncamına münasibətini bildirib.
Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Lalə Şövkətin sərəncamla bağlı fikirlərini partiyanın sədri Əvəz Temirxan sosial şəbəkə hesabından paylaşıb:
"Bu gün azadlığa çıxan yurddaşlarımı təbrik edirəm! Şəxsən tanıdığım Əli İnsanovu, Gözəl Bayramlını, Fuad Qəhrəmanlını və hər birinizi".
Xatırladaq ki, prezidentin bu gün imzaladığı sərəncamla 399 nəfər azadlığa çıxıb.
Mənbə: milli.az