Korrupsiyada təqsirləndirilən Yaponiya MOKun başçısı istefa vermək niyyətindədir
Dünya 16 Mar 2019 23:43:00 215 0
Fransanın hüquq-mühafizə orqanları tərəfindən korrupsiyada təqsirləndirilən Yaponiya Milli Olimpiya Komitəsinin (MOK) sədri Sunekadzu Takeda istefa vermək niyyətindədir. Bu barədə "Kyodo News" agentliyinin yaydığı məlumata görə, Takeda müvafiq niyyəti barədə özünün yaxın ətrafına bildirib. O, bu addımını yaxınlarda rəsmi bəyan etməlidir.
Qeyd olunur ki, Takedanın istefası onun, ilk növbədə, 2020-ci il Tokio Yay Olimpiadasının astanasında Yaponiya MOK-un nüfuzuna xələl gətirməmək istəyi ilə bağlıdır. Bundan başqa, yayda komitənin rəhbərliyinin tərkibində növbəti seçkilər keçiriləcək, Takeda bu və ya digər halda Fransa tərəfindən olan ittihamlar səbəbindən öz postunu itirmək təhlükəsi qarşısındadır.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Kyodo News"un məlumatına görə, Yaponiyanın Cüdo Federasiyasının başçısı Yasuxiro Yamasita qurum rəhbəri vəzifəsində Takedanın potensial davamçısı ola bilər.
Mənbə: milli.az