Tez qocalmaq istəmirsinizsə,


Digərləri 16 Mar 2019 23:45:00 239 0

Tez qocalmaq istəmirsinizsə,

Şəhər həyatının stresi, Günəş şüaları, eləcə də qəbul etdiyimiz qidalar erkən yaşlanmağa səbəb olan faktorlar sayılır. Bu faktorların həyatımıza təsirini azaltmaqla problemin də qarşısını müəyyən qədər ala bilərik.

Son.az e-tibb.az-a istinadən çox yediyinizdə sizi olduğunuz yaşdan 10 il qoca göstərən qidaları təqdim edir. Cavan qalmaq istəyirsinizsə, bu qidalardan rasionunuzda az istifadə edin.

Qida mütəxəssisləri süd məhsullarından çox istifadə edən bəzi adamların erkən yaşlana biləcəklərini deyirlər. Çünki süd məhsulları eqzema, sədəf kimi dəri xəstəlikləri zamanı yaranan qızartını artırır.

Kolbasa, sosis kimi doymuş yağ nisbəti yüksək olan işlənmiş qidalar qanda xolesterolun yüksəldir. Nəticədə orqanizmin piylənməsinə və orqanların iltihablanmasına səbəb olur. Ona görə də bədənimizin erkən qocalmasına və yaşlı görünməsinə zəmin yaradır.