Xaşı spirtli içki və çörəklə yeməyin


Digərləri 16 Mar 2019 23:25:00 219 0

Xaşı spirtli içki və çörəklə yeməyin

Soyuq havaların gəlməsi, həm də bəzi yeməklərin yeyilmə zamanı olmasından xəbər verir.

Elə ki, havalar bir azca soyudu sarımsaq qatıqlı xəngəl, sirkəli xaş kimi yeməklər gündəmə gəlir. Mübaliğəsiz demək olar ki, sosial şəbəkələrdə yazılan 2-3 statusdan biri xəngələ və xaşa həsr olunur, bu yeməklərin iştah qabardan rəsmləri paylaşılır. Kimisi bu yeməkləri yemək istədiyini, kimisi də bu yeməyi yemək üçün dəvət edilməyi gözlədiyini dilə gətirir. Qısası, artıq xaş mövsümü başlayıb.

Məsələ ilə bağlı sorğu apardığımız Adil adlı bir respondent deyir ki, qış aylarında həftədə bir neçə dəfə səhərlər xaş yeyir.

Nigar adlı gənc bir xanım isə "xaş" sözünü eşidən kimi indiyə kimi bu yeməyi dadmadığını dedi: "Bu yaşa kimi xaşın dadını da bilmirəm. Deyirlər ki, çox xeyirlidir, dadlıdır, amma mənə dərman olsa da, dilimə vurmaram. Görüntüsü, qoxusu adamı çəkmir, itələyir".

"Xaşın suyu barmaqları elə yapışdırırdı ki..."

Saleh adlı yaşlı bir kişi isə gileyləndi ki, indi yediyi xaşın heç bir dadı yoxdur: "Mən Kəlbəcər rayonundanam. Bizdə havalar çox soyuq olduğu üçün çox vaxt xaş bişirib yeyirdik. Özü də otla bəslənmiş heyvanların xaşının dadından doymaq olmurdu. Onu özümüz ütürdük, odunun his qoxusu da ona ayrı dad qatırdı. Həmin xaşın suyu əlinə dəyəndə barmaqların bir-birinə elə yapışırdı ki, elə bil "kleyləmisən". İndi burada xaşı hansısa xaşxanalarda bişirirlər. Heyvanlar isə bordaq heyvanların baş-ayağı olur. Onun da ki, nə dadı var, nə faydası. Xaşı bişirilən heyvan gərək təbii otla qidalansın, açıq havada olsun, bulaq suyu içsin. Onun xaşını yeyəndə də bədənə faydası olurdu...".

Apardığımız kiçik sorğudan da məlum oldu ki, xaşı demək olar hər kəs sevir. Amma xaşın orqanizmə faydalı, yaxud zərərli olması ilə bağlı müxtəlif fikirlər səslənməkdədir. Bəzi dietoloqlar iddia edir ki, xaş yemək insanlarda artıq çəkiyə səbəb olur. Yaxud qan- damar dövranında hansısa narahatlıqlar yaradır. Bəs xaş yemək hansı hallarda orqanizmə zərər vurur? Onun faydalı cəhətləri hansılardır? Xaşı necə və nə ilə yemək daha düzgündür?

Mövzu ilə bağlı danışan tanınmıs həkim-diyetoloq Leyla Zülfüqarlı bildirdi ki, Azərbaycanda məhz əhalinin qidalanması ilə birbaşa əlaqəli olan bir çox xəstəliklər var: "Başlıca olaraq vitamin D əskikliyi səbəbindən çoxalan bir çox xəstəliklərimiz var. Çoxlarında ciddi şəkildə vitamin D defisiti var. Nəinki uşaqlarda, qadınlarda, demək olar ki, hər kəsdə bu çatışmazlığı görürük. Bildirim ki, ən çox əl, qol, qıç, sümük ağrılarını yaradan səbəb vitamin D əskikliyidir".

Xaş yalnız düzgün bişirildikdə orqanizmə xeyirlidir