Yolu azaraq Ermənistana keçən azərbaycanlının anası danışdı FOTO


Digərləri 16 Mar 2019 23:16:00 218 0

Yolu azaraq Ermənistana keçən azərbaycanlının anası danışdı  FOTO

Elvin kənddə hər gün gəzməyə çıxırdı, lakin həmişə vaxtında evə qayıdırdı.

Bunu Oxu.Az-ın qərb bürosuna Qazax rayonu istiqamətində yolu azaraq düşmən tərəfə, Noemberyan rayonu ərazisinə keçən İbrahimov Elvin Arif oğlunun anası deyib.

O bildirib ki, oğlu Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatdadır və müalicə alır. E. İbrahimovun anası deyib ki, oğlu  15 mart səhər saat 8-də evdən çıxıb və geri dönməyib. Məlum olub ki, 33 yaşlı gənc yolu azaraq Ermənistanın Noemberyan rayonu ərazisinə keçib. Düşmən hərbçiləri tərəfindən açılmış atəş nəticəsində Elvin ayağından yaralanıb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib ki, müvafiq beynəlxalq təşkilatlar E. İbrahimovun yaralanması və Ermənistan hərbçiləri tərəfindən saxlanılması faktını təsdiq edərək həyatı üçün təhlükənin olmadığını bildiriblər. Dövlət Komissiyası Elvin İbrahimovun azad edilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, mart ayının 15-dən 16-a keçən gecə Azərbaycan ərazisindən müqabil istiqamətdə 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozması qeydə alın­ıb. Həmin şəxsin Qazax rayonunun Yu­xarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İb­ra­himov Elvin Arif oğlu olması müəyyən olun­ub.


Xəbərə aid fotolar