Azyaşlı qızı kafeyə aparıb, aldadaraq cinsi əlaqəyə girdi, amma...


Digərləri 16 Mar 2019 22:28:00 290 0

Azyaşlı qızı kafeyə aparıb, aldadaraq cinsi əlaqəyə girdi, amma...

Cəlilabad rayonunda zorlama cinayətində ittiham olunan 1987-ci il təvəllüdlü Murad Əhmədovun (cinayət işi üzrə ad və soyad şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az publika.az-a istinadən xəbər verir ki, Murad Əhmədov ali təhsil alıb və amma heç yerdə işləməyib. O, yaşadığı Cəlilabad rayonunun mərkəzində, peşə məktəbinin binasında yaşayan yetkinlik yaşına çatmayan Samirə Məmmədovaya təcavüz edib.

Qızla tanış oldu və avtomobili ilə apardı

Belə ki, Murad Əhmədov bir müddət Samirə Məmmədova ilə görüşüb və daha sonra o, Samirəni özünə məxsus "Mercedes" markalı avtomobilinə dəfələrlə təkid edərək mindirib.

Daha sonra Murad Samirəni mal bazarında çayxana kimi istifadə olunan yerə gətirib, onunla orada 5-10 dəqiqə söhbət edəndən sonra onu çayxananın ikinci otağına aparıb.

Mal bazarında təcavüz

Orada Murad Samirə ilə sonuncunun razılığı ilə cinsi əlaqədə olub. Bundan sonra Samirə hüquq-mühafizə orqanlarına Murad Əhmədovun əməli barədə şikayət edib.

İstintaq orqanı tərəfindən Murad Əhmədovun barəsində Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət sübuta yetirilmədi

Cəlilabad rayon Məhkəməsinin hökmü ilə Murad Əhmədovun əməli sübuta yetirilməyib. Hökmə əsasən, Murad Əhmədov Samirə Məmmədova ilə zorla yox, razılıq əsasında cinsi əlaqədə olub.

Hakim hökmdə göstərib ki, bu halda təqsirləndirilən şəxsin barəsində ittiham hökmünün çıxarılmasına yol verilə bilməz. Bu səbəbdən Murad Əhmədovun barəsində bəraət hökmü çıxarılıb.