Qubad İbadoğlu əfv fərmanına münasibət bildirdi


Siyasət 16 Mar 2019 22:18:00 185 0

Qubad İbadoğlu əfv fərmanına münasibət bildirdi

"Əfv fərmanını bütün siyasi məhbusları əhatə etməsə də, müsbət qiymətləndiririk" Son.az musavat.com-a istinadən bildirir ki, ADR Hərəkatının lideri, iqtisadçı - alim Qubad İbadoğlu prezident İlham Əliyevin bugünkü əfv fərmanına münasibətini yazılı olaraqyollayıb. Onu təqdim edirik:

"Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı olaraq hakimiyyətin əfv fərmanını müsbət qiymətləndirir.  Odur ki, adlarını azad olunanlar siyahısında gördüyüm hər kəsə görə sevindim, görmədiklərimə görə də məyus olmadım, düşündüm ki, bu o deməkdir ki, mübarizə davam edir və onlar da yaxın günlərdə azadlığa çıxarlar".