Zərərli qida məhsulları haqqında –


Digərləri 16 Mar 2019 22:05:00 239 0

Zərərli qida məhsulları haqqında –

Əgər siz arıqlamaq istəyirsinizsə, ciddi pəhriz saxlamaq və saatlarla idman zalında tər tökməyə ehtiyac yoxdur. Sadəcə qida rasionundan zərərli ərzaq məhsullarını çıxarmaq kifayət edər.

Zərərli qida məhsullarının siyahısını təqdim edirik.

Çips

Son.az ölkə.az-a istinadən bildirir ki, kartof elə də faydalı qida sayılmır. Çünki tərkibində sadəcə nişasta var. Çips isə qətiyyən faydalı və təbii deyil. Müəyyən kanserogenlər, aromatizatorlar, dad gücləndiricilər və təbii ki yağ. Çipsdən müntəzəm istifadə etmək onkoloji xəstəliklərə və çəki probleminə səbəb ola bilər. Eyni məsələ kartof-friyə də aiddir.

Qazlı içkilər

Rəngli qazlı sular çox ziyanlıdır. Hiyləgər marketinq gedişatına əsasən fast-fudun üstündən əsasən qazlı su içmək lazımdır. Əslində isə qazlı su aclıq hissini artırır və müştəri yenə də hamburqer yemək istəyir. Kolanın da tərkibində şəkər əvəzedici var və bu maddə orqanizm üçün ziyanlıdır.

Fast-fud

Ucuz qiymət və tez hazırlanmasından başqa fast-fudun heç bir üstünlüyü yoxdur. Əslində aclığı dəf etmək üçün tərəvəz, pendir və vetçinadan asanlıqla buterbrod hazırlamaq mümkündür.

Mayonez

Söhbət dükanda satılan mayonezdən gedir. Əgər mayonezdən istifadə etməsəniz arıqladığınızı hiss edəcəksiniz. Siyahıya tərkibində dad gücləndirici, aromatizator, yağ olan ketçup və digər sousları da əlavə etmək olar. Bu qidaların tərkibində heç bir təbii komponent yoxdur. Mayonezdənsə, yağsız xamadan istifadə edin. Həm dadlı, həm də faydalıdır.

Duz və şəkər

Duz və şəkər bəzən ağ ölüm də adlandırılır. Duz orqanizmdən suyun çıxmasına əngəl olur və lazım olmayan yerlərdə yığılıb qalır. Şəkər isə kökəlmə məsələsində bir nömrəli düşməndir. Amma bu qidalardan birdəfəlik imtina etmək mümkün deyil. Sadəcə qidaya çox duz səpməyin, şəkəri isə bal ilə əvəz edin.