Depressiyadan çıxmaq üçün bunları yeyin


Digərləri 16 Mar 2019 21:55:00 229 0

Depressiyadan çıxmaq üçün bunları yeyin

Depressiya halında qidalara münasibət birmənalı olmur. Bəziləri bu halda iştahadan kəsilir, bir çoxları isə əksinə daha çox yeməyə meylli olurlar. Alimlər hesab edir ki, yeyilən qidaların bir çoxu depressiya halında olan insanların vəziyyətini daha da ağırlaşdırır. Onlar hesab edir ki, bəzi qidalar isə depressiyadan çıxmağa yardımçı ola bilər. Onlar hansılardır?

Son.az e-tibb.az-a istinadən bildirir ki, mütəxəssislərə görə, yaşıl soya lobyasını bu sıraya aid etmək olar. Yaşıl soya bədənimizi yetərincə enerji ilə təmin etmək iqtidarındadır, kompleks B vitaminləri ilə zəngindir.

Kətan toxumu və onun yağı sağlam beyin hüceyrələrinin yaranması baxımından depressiyanın müalicəsi üçün çox faydalıdır. Depressiyaya düşmüsünüzsə, gündəlik iki yemək qaşığı kətan toxumu yağı sizə yardım edə bilər.

Depressiyalar zamanı yulaf yarması da tövsiyə olunur. Bir qədər üyüdülmüş kətan toxumu, darçın əlavə edərək hazırlayacağınız yulaf sıyığı ruhunuzu təzələyə bilər.  

Tərkibində maqnezium olan qidalar ruh düşkünlüyü zamanı çox faydalı sayılır. Çünki maqnezium ruhi vəziyyəti tənzimləyə bilən serotonin istehsalı üçün çox önəmlidir. Badam maqneziumla ən zəngin qidalardan sayılır. Orqanizmdə maqnezium səviyyəsinin yaxşılaşdırmaq üçün hər gün duzsuz, qovrulmamış badam yemək tövsiyə olunur.