Yaz xəstəliklərindən qorunmağın


Digərləri 16 Mar 2019 21:45:00 247 0

Yaz xəstəliklərindən qorunmağın

Qış aylarında başda qrip və soyuqdəymə olmaqla bir çox xəstəliklərə tutuluruq. Yaz gəldikdə isə "qış qripindən qurtulduq", - deyə sevinməyə başlayırıq. Halbuki bu da bir keçid dövrü olduğu üçün yazdakı dəyişikliklərə hazır olmalıyıq. Bəs bu dəyişiklər hansılardır və onlardan necə qorunmalıyıq?

Son.az e-tibb.az-a istinadən bununla bağlı mütəxəssis məsləhətlərini diqqətinizə çatdırır.

İnfeksiyalar

Yazda havaların dəyişkən olması immunitetin zəifləməsinə səbəb olur. Bunun da nəticəsində virusların yaratdığı yuxarı və aşağı tənəffüs yolu infeksiyalarına məruz qalırıq. İnfeksiyalardan qorunmaq üçün ilk növbədə sağlam və balanslı şəkildə qidalanmaq, xəstə şəxslərlə təmasda olmamaq lazımdır. İmmunitet sistemini ən çox gücləndirən C və D vitaminlərii olduğundan, C vitamin qaynağı olaraq təzə meyvə və tərəvəzlər yeyin. Bədəninizdəki D vitaminini günəş şüaları ilə artırmağı unutmayın. İdman və günəş şüalarından faydalanmaq xəstəliklərdən qorunmaq üçün önəmli ünsürlər olduğundan, həftədə ən azı 3 gün yarım saat piyada gəzin. İnfeksiyaların çoxu əl və ağız yolu ilə yoluxduğundan əllərinizi tez-tez sabunla yuyun. Olduğunuz otağın havasını tez-tez dəyişin.

Yaz yorğunluğu 

Yazla birlikdə halsızlıq, yorğunluq, yuxululuq, oynaq ağrıları kimi şikayətlərə sıx rastlanır. Hormonal sistem və metabolizmadakı dəyişikliklərlə birlikdə şəxsin ruhi vəziyyəti də təsirlənir. Alacağınız bəzi qabaqlayıcı tədbirlərlə yaz yorğunluğundan qurtula bilərsiniz. Məsələn, hər gün 2 litr su içmək, kifayət qədər vitamin, mineral və antioksidant tərkibli qidalar yemək əhəmiyyətlidir. Bu dövrdə gəzmək, qaçış, üzmə kimi mütəmadi məşqlər etməli, kifayət qədər yatmalı, işləmə-dincəlmə araları və istilik dəyişimlərinə diqqət edilməlidir. Siqaret, kafein və alkoqoldan uzaq olmaq lazımdır.

Mədə-bağırsaq xəstəlikləri