Bu vitaminin çatışmazlığı nələrə səbəb olur?


Digərləri 16 Mar 2019 21:20:00 254 0

Bu vitaminin çatışmazlığı nələrə səbəb olur?

Son məlumatlara görə, dünyada təxminən 40 faizə qədər insanda D vitamini çatışmazlığı var. Biz D vitaminini ən çox Günəşdən alırıq. Amma onu başqa təbii yollarla da almaq, səviyyəsini artırmaq mümkündür.

Son.az e-tibb.az-a istinadən bildirir ki, D vitamini sağlamlıq baxımından son dərəcə əhəmiyyətli sayılır. Xüsusilə ürəyin fəaliyyəti, sümüklərin, dərinin sağlamlığı, immun sisteminin güclənməsi üçün D vitamini mühüm əhəmiyyət kəsb edir.

Mütəxəssislər hesab edir ki, həyat tərzimizdə edilən cüzi dəyişiklik D vitamini səviyyəsini artırmağa yardım edir.

Araşdırmalara görə, artıq çəkidən azad olmaq və nizamlı olaraq edilən idman D vitamini artırır.

Təbii yollarla D vitamini səviyyəsini artırmağın digər yolu xolesterin səviyyəsini aşağı salmaqdır. Bunun üçün daha çox balıq əti yemək lazımdır. Təbii hövzə balıqlarının əti D vitamini ilə daha zəngindir.

Alimlər hesab edir ki, D vitamini hər yaşda gərəkli olsa da, 40 yaşdan sonra onun  səviyyəsinə daha çox diqqət ayırmaq vacibdir. Ona görə ki, bu yaşdan sonra diabet, ürək problemləri, skleroz, süd vəzi, bağırsaq xərçəngi kimi xəstəliklərin meydana gəlmə riski daha yüksəkdir. Bu problemlərin həm də D vitamini çatışmazlığından qaynaqlandığı məlumdur.

D vitamini çatışmazlığı nəticəsində əzələ zəifliyinin yarandığı, əzələ liflərinin normal olaraq çalışmaması səbəbindən sümük ağrılarının yaranması da mümkündür.