Göyçayda maşın 7 yaşlı uşağı vurdu


Digərləri 16 Mar 2019 20:24:00 187 0

Göyçayda maşın 7 yaşlı uşağı vurdu

Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az oxu.az-a istinadən bildirir ki, hadisə bu gün şəhərin Heydər Əliyev prospektində olub.

VAZ 2107 markalı minik avtomobili Ucar şəhər sakini, 2012-ci il təvəllüdlü Abdullayev Saqil Anar oğlunu vurub. Məktəbli ağır bədən xəsarətləri alıb. O, Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Hazırda vəziyyəti ağır olaraq qalır.