Satirik şair Tofiq Həsənov da əfv sərəncamına düşdü


Digərləri 16 Mar 2019 20:28:00 198 0

Satirik şair Tofiq Həsənov da əfv sərəncamına düşdü

Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamında həbsdə olan satirik şair Tofiq Həsənovun da adı var.

Son.az modern.az-a istinadən bildirir ki, Tofiq Həsənov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2016-cı il hökmü ilə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib.

T.Həsənov vəzifəli şəxsləri tənqidi şerləri ilə məşhurdur. O 2000-ci illərdə lisenziyası ləğv edilmiş ANS televiziyasının "Qulp" verilişində, "Millətin Səsi" və "Xural" qəzetlərində çıxış etdiyi tənqidi şerləri ilə məşhurlaşıb. Şair 2005-ci ildə narkotik ittihamı ilə 3 il azadlıqdan məhrum edilib. 2007-ci ildə Amnistiya Aktı əsasında azadlığa buraxılıb.