Qadınlar 40 yaşdan sonra necə qidalanmalıdır?


Digərləri 16 Mar 2019 19:20:00 226 0

Qadınlar 40 yaşdan sonra necə qidalanmalıdır?

Qırx yaşdan sonra qadın orqanizmi böyük dəyişikliklərə məruz qalır. Çünki bu yaşda qadının hormonal fonunda yenidənqurma prosesi başlayır.

Ona görə də 40 yaşdan sonra bütün qadınlar qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Mütəxəssislər hesab edir ki, düzgün qidalanma 40 yaşdan sonra zərif cinsin nümayəndələrinə həm sağlamlıq, həm də gözəllik üçün lazımdır. Məhz düzgün qidalanma sayəsində orqanizm özünü tənzimləyir, xəstəliklərin inkişaf riskinin qarşısı alınır.

Son.az e-tibb.az-a istinadən bildirir ki, bu dövrdə qidalanmada əsas prioritet yaşıl bitkilər, süd, eləcə də kalsiumla zəngin olan digər qidalara verilməlidir. Çünki kalsium çatışmazlığı bu yaşdan sonra bir çox problemlərə yol aça bilər.

Qara istiot, dəniz məhsulları, yumurta, meyvə-tərəvəz təbii xrom mənbəyi olduğuna görə yağların sintezini tənzimləyir. Yaşıl çay tərkibindəki amin turşusu-tianin sayəsində yuxunu yaxşılaşdırır, həyəcan, təşviş hissini aradan qaldırır.

Tərkibi maqneziumla zəngin olan məhsullar-balqabaq, qabaq, qovun, taxıllar, kartof stresslə mübarizəyə kömək edir.