Yaddaşınızın güclü olması üçün


Digərləri 16 Mar 2019 19:11:00 204 0

Yaddaşınızın güclü olması üçün

Sinqapur alimlərinin apardıqları araşdırmada 60 yaşdan yuxarı 600 insan iştirak edib. Onlar iştirakçıların qidalanma və sağlamlıq vəziyyətlərini 2011-2017 il arasında müşahidə ediblər. Məlum olub ki, qida rasionuna göbələk daxil edən insanlarda koqnetiv xəstəliklərdən daha az əziyyət çəkiblər. Həftədə bir dəfədən az göbələk yeyən insanlar isə daha çox yaddaş və qavrama problemi yaşayıblar.

Son.az medicina.az-a istinadən bildirir ki, bunun səbəbi göbələyin tərkibində olan neyroprotektiv effektə malik olan antioksidant maddələrin olmasıdır.

Söhbət erqotionin antioksidantından gedir ki, bu maddə iltihab əleyhinə effektə malikdir. Bu maddə təbiətdə çox az yayılıb. Göbələyin tərkibində yalnız bu maddə yoxdur. Bu ərzaq təbii D vitamini, selenspermidin birləşmələrinin qaynağıdır ki, bu maddələr neyronları zədələnmədən qoruyur.