Gözlərin lazer korreksiyası haqda


Digərləri 16 Mar 2019 19:12:00 215 0

Gözlərin lazer korreksiyası haqda

Gözlərin lazer korreksiyası - eynəkdən azad olmağın müasir üsuludur. Bir çoxları Düzdür hər kəs bu əməliyyata ürək etmir. Səbəbi isə bu əməliyyat haqda bir sıra əfsanələrin olmasıdır.

Son.az medicina.az-a istinadən lazer korreksiyası haqda olan yalnış məlumatları təqdim edir:

1) Lazer korreksiyası ağrılı olur və uzun müddətli bərpa dövrü tələb edir.

Bu nəsildən olan ilk fotorefrassion keraktoektamiya əməliyyatı kifayət qədər ağrılı  idi və uzun müddətli bərpa dövrü tələb edirdi. Amma hal-hazırda bu üsuldan nadir hallarda istifadə edilir. Müasir göz korreksiyası əməliyyatı 25 saniyədə həyata keçirlir. Bu zaman xəstə heç bir narahatlıq hiss etmir. O, bir sutkadan sonra normal həyat tərzinə qayıda bilir.

2) Lazer korreksiyasından sonra doğmaq olmaz

Qadının normal şəkildə dünyaya uşaq gətirməsi və ya qeysəriyyə olunması yalnız onun gözündə yerləşən torlu qişanın vəziyyətindən asılıdır. Göz korreksiyasının təbii doğuşa heç bir təsiri olmadığı bilinsə də, həkimlər bunu hamilə qadınlara tətbiq etməyi məsləhət bilmirlər. Yaxşı olardı ki, bu əməliyyat doğum və südəmizdirmə periodu keçdikdən sonra həyata keçirilsin.

3) Kontakt linzalardan istifadə lazer korreksiyasından dəfələrlə təhlükəsizdir.