Beynimizi 4 gündə öldürən qidalar


Digərləri 16 Mar 2019 19:13:00 212 0

Beynimizi 4 gündə öldürən qidalar

Amerika Nevrologiya Akademiyası tərəfindən aparılan araşdırmaya görə, yağlı və şəkərli qidalar 4 gün ərzində yaddaşınıza, diqqətinizə və əhvalınıza mənfi təsir edir.

Son.az medicina.az-a istinadən bildirir ki, yoxlamalar 4 gün ərzində, xüsusən səhər yeməyində ağır şəkərli və yağlı qidalar qəbul edən insanlarda aparılıb. Nəticədə isə həmin insanların səhhətində problemlər müşahidə edilib. Oksford universitetində aparılan başqa bir araşdırmada isə tərkibində yağlılıq çox olan qidaların insanları ən ağır psixoloji vəziyyətə saldığı bildirilir.

Uzunmüddətli təcrübələr də bu faktı təsdiq edib. Alimlər bildirib ki, yağlı xörəklərə üstünlük verənlərin beyni daha tez qocalır, onlarda bir çox xəstəliklər müşahidə edilir.

Aparılan tədqiqatlarda 2 qrup insanın az yağlı və "fast food" kimi çox yağlı qidalar qəbul etməsi nəticəsində beyin funksiyalarında fərqliliklər aşkarlanıb. Çox yağlı qidalanan insanlarda kökəlməkdən əlavə, bədəndə toplanmış çox yağ səbəbindən mərkəzi sinir sistemində immuniteti qoruyan hüceyrələrdə xroniki iltihablanmaya səbəb olur.